Monteneqro NATO-ya rəsmi üzv oldu

Monteneqro NATO-ya rəsmi üzv oldu
  06 İyun 2017    Oxunub:1723
Monteqronun Xarici İşlər Naziri Sercan Darmanoviç ABŞ Dövlət Departamentində ölkəsinin NATO-nun tərkibinə daxil olmağı ilə əlaqədar sənədi Dövlət Katibi Tomas Şennona təqdim edib.
Bununla da Monteneqro NATO-nun rəsmi olaraq 29-сi üzvü oldu. 2016-ci ilin mayın 19-da NATO-ya daxil olan ölkələr Monteneqronun alyansın tərkibinə daxil olmağı ilə əlaqədar sənəd imzalayıblar.

Monteneqro parlamenti 2017-ci ilin aprelin 28-də həmin sənədi ratifikasiya edib.

AzVision.az


Teqlər: NATO  





Xəbər lenti