Milli Şura mitinqdə qərarsızdır

Milli Şura mitinqdə qərarsızdır
  03 Sentyabr 2013    Oxunub:1190
Milli Şuranın Mitinq Komitəsinin rəhbəri Asəf Quliyev təşkilatın sentyabrda nəzərdə tutulan növbəti mitinqi haqqında danışıb.
Komitə rəhbəri bildirib ki, mitinqin sentyabrın 15-də keçirilməsi haqqında yayılan məlumatlar doğru deyil :`Planda Milli Şuranın mitinq keçirməsi nəzrdə tutulur, amma ayın 15-də olacağı dəqiq deyil. Mitinqi Dərnəgül metrosunun qarşısında keçirməyi nəzərdə tuturuq. Bununla bağlı hələ ki, Bakı Şəhər İcra Hakmiyətinə heç bir müraciət hazırlanmayıb. Milli Şuranın qərarından sonra İcra Hakimiyyətinə müraciət edəcəyik`.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti