Ərdoğan 4 dünya liderinə zəng etdi - Türkiyə narahatdır

Ərdoğan 4 dünya liderinə zəng etdi - Türkiyə narahatdır
  06 İyun 2017    Oxunub:2229
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər böhranının həll edilməsi üçün danışıqlar aparır.
AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan dörd dünya lideri ilə əlaqə yaradaraq ərəb qalmaqalını müzakirə edib.

Ərdoğan Qətər əmiri şeyx Temim bin Hamad əl Sani, Rusiya prezidenti Vladimir Putin, Küveyt əmiri şeyx Sabah əl Əhməd əl Sabah və Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdulaziz Al Saudla telefon əlaqəsi yaradıb.

Danışıqlar zamanı Ərdoğan regiondakı gərginliyin diplomatik və dialoq yolu ilə həll olunmasının önəmini vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan   Qətər  





Xəbər lenti