Əli Kərimli ən son vasitəyə əl atdı – MEDİA DAYCEST

  01 Fevral 2013    Oxunub : 1086
Əli Kərimli ən son vasitəyə əl atdı – MEDİA DAYCEST
Alman bundestaqı Katerina Reyç deyib ki, Ermənistan ordusunun Dağlıq Qarabağdan çıxarılmasının vaxtı çoxdan çatıb:
“Sülhə gedən yolda geriləməyə yol verilməməlidir. Lakin Ermənistan hökuməti işğal olunmuş Qarabağda Xocalı aeroportunu yenidən açmaqla bunun əksini edir. Bu, Azərbaycanın hava məkanının pozulmasıdır”.

Unikal

İlham Əliyevi dəstəkləyəcəklər”

«2013-cü ilin oktyabr ayında ölkəmizdə növbəti Prezident seçkiləri keçirilək. Hesab edirəm ki, növbəti prezident seçkilərində bütün Azərbaycan vətəndaşları, eyni zamanda YAP-ın üzvləri və gənclərimiz öz yüksək vətəndaşlıq mövqelərini ifadə edəcəklər. Biz qəti şəkildə əminik ki, növbəti prezident seçkilərində YAP-ın namizədi, dövlət başçısı İlham Əliyev vətəndaşlarımızın mütləq əksəriyyətinin səslərini qazanacaq». Bunu açıqlamasında YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Britaniya mətbuatı: Azərbaycanın hava məkanının pozulması arzuolunmaz nəticələrə gətirib çıxara bilər

Britaniyanın tanınmış “Huffington Post” qəzetində “Xocalı təkcə aeroprot deyil” adlı məqalə dərc olunub. Materialda Dağlıq Qarabağ problemi, Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalı faktlarına yer verilib. “BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə baxmayaraq, Ermənistan inadkarlıqla ərazilərin hərbi təcavüzünü dayandırmaqdan, minlərlə məcburi köçkünün öz evinə qayıtmasına şərait yaratmaqdan imtina edir. Eyni zamanda ATƏT-nin himayəsi altında sülh danışıqları davam etsə də, Ermənistan hakimiyyəti regionun paytaxtı olan Xankəndi yaxınlığında yerləşən Xocalıda aeroport açmağı təklif edir. İlk baxışdan bu addım son dərəcə təxribatçı xarakter daşımır. Lakin ekspertlərin əksəriyyəti hesab edir ki, Xocalı aeroportunun fəaliyyətə başlaması beynəlxalq hüququn bütün müddəalarını, o cümlədən Çikaqo Konvensiyasının 1, 2, 5, 6, 10-16, 24 və 68-ci maddələrin kobud şəkildə pozmuş olacaq. Qanuna görə, Xocalı aeroportu fəaliyyət göstərə bilməz, çünki Azərbaycanın hava məkanında uçuşlar hökumətin razılığı olmadan həyata keçirilə bilməz, hava məkanının istənilən pozuntusu arzuolunmaz nəticələrə gətirib çıxara bilər. BMT-nin xüsusiləşdirilmiş qurumu olan Beynəlxalq Mülki Aviasiya Təşkilatı Azərbaycanı bu məsələdə Azərbaycanı qəti şəkildə dəstəkləyir. Bütün hüquqi nəticələri bir kənara qoysaq, bu addım sülh danışıqları və etimad mühitinin formalaşdırılmasına dair cəhdləri poza bilər. Ona görə də təəccüblü deyil ki, aeroportun açılmasına beynəlxalq reaksiya bu addımı birmənalı şəkildə pisləməkdən ibarət olub. Bu məsələ ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrləri narahatlıqlarını ifadə ediblər. Onlar bildirib ki, bu addım Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həllinə imkan verməyəcək”.

Yeni Müsavat

Əkrəm Əylisli danışdı və hakimiyyəti hədələdi

Xalq yazıçısı Əkrəm Əylislinin Rusiyanın “Drujba narodov” jurnalında rus dilində nəşr olunan “Daş yuxular” əsəri ətrafında müzakirələr ötən gün də davam edib. Romanda yazarın ötən əsrin əvvəllərində və sonlarında yaşanan türk-müsəlman davalarında erməniləri məzlum, azərbaycanlıları isə amansız və qəddar kimi göstərməsi ona qarşı səslənən ittihamların miqyasını genişləndirib. Postmodernist yazarlardan sonra yazıçı Seyran Səxavət də həmkarını müdafiə edib: “Bir xalq, cəmiyyət olaraq, görünür, biz hələ ədəbiyyata qiymət vermək səviyyəsində deyilik. Əkrəmə bu cür münasibət tarixi səhvdir.” Ziyalılar Forumunun üzvlərindən baş verənlərə Rafiq Əliyev münasibət bildirib. Görkəmli alim öz açıqlamasında deyib ki, romanı oxumasa da onunla bağlı qalmaqalın süni yaradıldığına əmindir. Müzakirələrə qoşulan xalq yazıçısı Mövlud Süleymanlı Ə.Əylislini həqiqətləri yazmamaqda günahlandırıb. Yanvarın 31-də axşam saatlarında bir qrup gəncin Ə.Əylislinin yaşadığı binanın önündə etiraz aksiyası keçirib. Gənclər aksiyaya Məcburi Köçkün və Qaçqın Gənclər İctimai Birliyinin təmsilçisi olaraq toplaşıblar. Onlar “Ölkədən cəhənnəm ol!”, “Erməniyə niyə uydun?!”, “Erməni Əkrəm, çıx ölkədən!” və s. şüarlar səsləndirib. Polis aksiyaya müdaxilə etməyib. Əkrəm Əylislinin özü isə romanı haqqında danışarkən bildirib ki, o Azərbaycan xalqını aşağılamayıb. Xalq yazıçını fikrincə bundan sonra üzv olduğu Ziyalılar Forumuna da basqılar artacaq.

Alman deputatından İrəvana aeroport ittihamı

Almaniya Bundestaqının Xristian Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı partiyalarının fraksiyasından olan deputatı, dövlət katibi Katerina Reyç Ermənistanın Xocalı aeroportu barədəki planlarına dair məsələyə münasibət bildirib. K.Reyç deyib ki, Ermənistan ordusunun Dağlıq Qarabağdan çıxarılmasının vaxtı çoxdan çatıb: “BMT Təhlükəsizlik Şurası bunu öz qətnamələrində dəfələrlə tələb edib. Almaniya və Avropa Birliyi bu məsələdə həmfikirdir. 2012-ci il, iyulun 19-da Dağlıq Qarabağda keçirilən qondarma ”prezident seçkiləri"nə münasibət bildirən Avropa Birliyinin xarici və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton açıq deyib ki, Avropa Birliyi bu seçkiləri tanımır... BMT, Avropa Birliyi və ATƏT uzun müddətdir ki, münaqişənin sülh yolu ilə həll olunmasının yollarını birlikdə axtarır. Sülhə gedən yolda geriləməyə yol verilməməlidir. Lakin Ermənistan hökuməti işğal olunmuş Qarabağda Xocalı aeroportunu yenidən açmaqla bunun əksini edir. Bu, Azərbaycanın hava məkanının pozulmasıdır”.

Zerkalo

Ходжалинский аэропорт никому не нужен

Повода для оптимизма относительно армяно-азербайджанских отношений нет. Об этом заявил президент Армении Серж Саркисян. “Степанакертский аэропорт в ближайшее время будет введен в эксплуатацию. В этом вопросе никаких проблем не существует. Этот вопрос стал предметом обсуждения в результате того, что некоторые международные компании преждевременно заговорили об эксплуатации аэропорта”, – заявил Саркисян. США никак не заинтересованы ни в использовании Ходжалинского аэропорта, ни территории Армении в обеспечении безопасного вывода войск из Афганистана. Ведь куда могут двинуться эти войска из Нагорного Карабаха? Сам господин Борисов говорит, что теоретически они могут по суше или же по железной дороге отправиться в грузинские порты, или через территорию Грузии в Турцию, или же, наконец, в случае открытия армяно-турецкой границы, напрямую в Турцию. Ну зачем США ставить под удар всю эту налаженную и эффективную систему, собственные геополитические и экономические интересы в регионе, неужто только ради использования Ходжалинского аэропорта?..

Хочешь мира – готовься к войне

Согласно данным, опубликованным Международным центром анализа торговли оружием (SAMTO), в прошлом году Азербайджан закупил оружие на 804 миллиона долларов США. Об этом сообщают азербайджанские СМИ. Таким образом, в 2012 году Азербайджан стал 18-м по счету импортером оружия и военной техники. То, что Россия только сегодня “осознала”, что, продав ПВО C-300 ПМУ-2 “Фаворит” Азербайджану, “дала маху”, уже отмечалось. Этот вопрос все еще не потерял актуальности, и, как пишут в армянских СМИ, “в последнее время в армянском обществе много говорилось о продаже Россией Азербайджану современного оружия, в частности, этих самых систем ПВО, многоцелевых вертолетов Ми-35М, танков Т-90С”. Если армянские власти старались обходить эту тему, то представители некоторых общественных кругов задавались вопросом: как армяно-российские союзнические отношения могут стыковаться с продажей оружия Азербайджану, руководство которого “открыто заявляет о подготовке к силовому решению карабахского конфликта”?

Bizim Yol

İsa Qəmbərlə Erkin Gadirli arasında mübahisə düşdü

Azadlıq Radiosunun “İşdən Sonra” verilişində qonaq olan Müsavat başqanı İsa Qəmbərlə Real Hərəkatının Məclis sədri Erkin Qədirli arasında mübahisə düşüb. Erkin Qədirli Cumhuriyyətin 90-ci illər hakimiyyət dönəmində parlamentli respublikaya keçməməsini qınayıb. Bu iddialara cavab verən İsa Qəmbər əslində bunu deməyin asan olduğunu, amma həyata keçirməyin çətin olduğunu vurğulayıb. Bu mövzuda İsa bəyin sözünü tez–tez kəsən Erkin Qədirli məsələnin həssas olduğunu vurğuladı.
İsa Qəmbərin Erkin Qədirliyə cavabı isə maraqlı olub. Real hərəkatını elan etmisiniz. Amma onun nizamnaməsini hələ də ortaya qoya bilməmisiniz. Siz bu gedişlə müxalifətdə ola bilərsiniz, amma hakimiyyətə gələ bilməyəcəksiniz.
Biz 20 ildir bu hakimiyyətə qarşı mübarizə aparırıq. Sonda da hakimiyyətə gələcəyik.

Gündəlik Bakı

Əli Kərimli ən son vasitəyə əl atdı

Müxalifətin əksər sağ mərkəzçi partiyaları ilə münasibətləri gərgin olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Əli Kərimli Azərbaycan İslam Partiyasının rəhbəri ilə fəaliyyətini əlaqələndirmək qərarına gəlib. AXCP rəhbərinin razılığından sonra Azərbaycan İslam Partiyası müxalifətdə təmsil olan bəzi partiyalarda seçki strategiyası ilə bağlı müzakirələr aparmaq niyyətindədir.

İsmət Abbasovun adı müdhiş maxinasilarda hallanır

“Bankı Azərbaycanda yoxsulluq səviyyəsinin aşağı salınması üçün dövlətimizə müəyyən müddətdən sonra qaytarılması nəzərdə tutulmaqla pul vəsaiti (18 mln ABŞ dolları) ayırmışdır. Həmin pul vəsaitinin kredit şəkilində paylanılması “İcraçı Kredit Agentliyi” Bank Olmayan Kredit Təşkilatına (İKA) həvalə olunmuşdur və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən kredit ittifaqlarının kreditləşməsi üçün nəzərdə tutulmuşdur. Kənd təsərrüfatı sahəsini əhatə etdiyinə görə İsmət Abasov bu özəl qurumun fəaliyyətinə müdaxilə etmiş və keçmiş işçi heyətinin işdən uzaqlaşdırılmasına nail olmuş, Arif Əliyevi İKA-nın baş direktoru vəzifəsinə təyin etmiş və bu yolla Dünya Bankının ölkəmizə ayırdığı pullara yiyələnmişdir. Arif Əliyev kredit ittifaqlarına veriləsi kreditlərin müəyyən qismini “şapka” şəkilində onlardan tələb edirdi və öz dili ilə İsmət Abasova veriləcəyini söyləyirdi. Hətta İKA-da çalışan Fəqanın əli ilə 7-ci mərtəbəyə, yəni İsmət Abasova çantada pulların daşınılmasının şahidi olanlar da vardır.


Bakı Xəbər

Hərbi Xidmətə Çağırış Xidmətinin Xəzər şöbəsində "korrupsiya həbsi"...

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Bakıda xüsusi əməliyyat keçirib. Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumata görə, əməliyyat srağagün gecə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon şöbəsində aparıb. Əməliyyat zamanı Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon şöbəsi rəisinin sürücüsü Vaqif Abdullayev saxlanıb. Onun nədə ittiham olunduğu açıqlanmır.
Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon şöbəsindən APA-ya V.Abdullayevin saxlanması faktını təsdiqləsələr də, əlavə açıqlama verilməyib.

2015-ci ilin 1 yanvarından Rusiyada azərbaycanlıları yeni çətinlik gözləyir

Cari ildən etibarən Rusiyada miqrantlar üçün yaranan problemin nəzərəçarpacaq dərəcədə böyüməsi özünü qabarıq formada büruzə verməkdədir. Məlumat verildiyi kimi, bu ildən miqrantlar rus dilindən imtahan verir. Lakin məlumatlara görə, belə imtahanlara miqrantlar könüllü yanaşmır və bu da onlarla hüquq-mühafizə orqanları arasında problemlərin böyüməsinə səbəb olur. Lakin Moskva bu sahədə heç bir güzəştə getmək istəmir.
Xatırladaq ki, ötən aydan həm də Dövlət Dumasında 2015-ci il yanvarın 1-dən əmək miqrantları üçün rus dili, tarix və qanunvericiliyin əsaslarından məcburi imtahanın tətbiqi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.


Teqlər: