Yaponiyada hələ də nüvə fəlakəti yaşanır

Yaponiyada hələ də nüvə fəlakəti yaşanır
  04 Sentyabr 2013    Oxunub:1246
Yaponiya hökuməti Fukuşimadakı nüvə reaktorlarında baş verən fəlakətlə mübarizə aparmaq üçün dövlət büdcəsi hesabına 500 milyon dollarlıq yardım fondu yaradıb.
Bu barədə açıqlama verən baş nazir Sinzo Abe, reaktordan yayılan radiasiyanın insanların sağlamlığını təhlükəyə atdığından hökumətin məsələyə müdaxilə etdiyini bildirib.

Qeyd edək ki, əlaqədar qurumlar 2 il yarım əvvəl baş verən zəlzələdən sonra nüvə reaktorundan sızan radioaktiv maddələri zərərsizləşdirmək üçün hələ də bir anbar inşa edə bilməyib. Yeni yaradılan fondla reaktorun ətafında güclü bəndlər inşa ediləcək və zərərli maddələrin yeraltı su mənbələrinə sızmaması üçün filtrasiya sistemləri yaradılacaq.


Teqlər:  





Xəbər lenti