"ASAN Xidmət" korrupsiyaya qarşı mübarizədə mühüm rol oynayır

"ASAN Xidmət" korrupsiyaya qarşı mübarizədə mühüm rol oynayır
  06 İyun 2017    Oxunub:2085
"Korrupsiyaya qarşı mübarizə siyasi iradə tələb edir" AzVision.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərliyi və ombudsmanların III görüşündə Azərbaycanın insan haqları üzrə müvəkkili Elmira Süleymanova bildirib.
Ombudsman deyib: “Azərbaycanda bu sahədə ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 25 ildən çoxdur ki, Ermənistanın işğalı nəticəsində 1 milyon qaçqın və məcburi köçkünün, 80-dən çox etnik qrupun yaşadığı ölkəmizhdə tolerantlıq və dini dözümlülük bir nümunədir".

E Süleymanova deyib ki, "ASAN Xidmət" korrupsiyaya qarşı mübarizədə mühüm rol oynayır: "Korrupsiya ilə əlaqədar şikayətlərin azalması bunu təsdiqləyir. İcra orqanlarında apellyasiya şuralarının yaradılması da korrupsiyaya qarşı mübarizədə mühüm rol oynayır. Hər bir ölkədə korrupsiyaya qarşı mübarizədə uğurlar var. Ancaq sərhədləri aşan narkoticarət, qaçaqmalçılıq kimi əməllərdə də korrupsiya müşahidə olunur. Mən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətləri fəal əməkdaşlığa dəvət edirəm".

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Elmira-Süleymanova  





Xəbər lenti