Rusiya AŞPA-ya ayrılan maliyyəni blokladı

Rusiya AŞPA-ya ayrılan maliyyəni blokladı
  06 İyun 2017    Oxunub:1859
Rusiya bu il Avropa Şurasına (AŞ) ayırmalı olduğu və AŞ-ın Parlament Assambleyasının (AŞPA) maliyyələşdirilməsi üçün nəzərdə tutulan ianənin üçdə birini (11 milyon) bloklayıb.
AzVision.az “TASS”-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bəyan edib.

Qeyd edək ki, Avropa Şurasına ianə bir qayda olaraq bölünməzdir və AŞPA, Nazirlər Komitəsi, Yerli və Regional Hökumətlər Konqresi və Avropa İnsan Haqları Məhkəməsinə ümumi ödənişin həyata keçirilməsini nəzərdə tutur. İanənin ümumi həcmi 40 milyon avrodur.

Xatırladaq ki, Rusiyanın AŞPA-dakı nümayəndə heyəti 2014-cü ilin aprel ayında Ukrayna hadisələri və Krımla bağlı vəziyyətlə əlaqədar əsas səlahiyyətlərindən məhrum edilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: AŞPA   Rusiya  





Xəbər lenti