Abramyanın qohumları Ermənistandan qaçır

Abramyanın qohumları Ermənistandan qaçır
  06 İyun 2017    Oxunub:1527
Ermənistanın sabiq baş naziri Ovik Abramyanın qohumları Ermənistanı tərk edir.
AzVision.az xəbər verir ki, bu barədə ermən KİV-ləri məlumat yayıb.

Abramyana məxsus "Mxçyan Fiş" LTD-nin direktoru Ambik Qevorkyan açıqlama verərək bu gündən həmin şirkətin rəhbəri olmadığını bildirib. O, Ermənistanı tərk edərək daimi yaşayış üçün İngiltərəyə gedəcəyini deyib.

Digər məlumata görə, Abramyanın qardaşı Conik Abramyan da Ermənistanı tərk edərək Rusiyaya gedib.

Qeyd edək ki, bundan öncə sabiq baş nazirin qohumlarının Sarkisyan hakimiyyəti tərəfindən təzyiqlərə məruz qalması haqda məlumatlar yayılmışdı.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Abramyan  





Xəbər lenti