Ermənistanın baş naziri istefa verdi, Sarkisyan qəbul etmədi

Ermənistanın baş naziri istefa verdi, Sarkisyan qəbul etmədi
  06 İyun 2017    Oxunub:2233
Ermənistanın baş naziri Karen Karapetyan iki dəfə istefa vermək üçün müraciət etsə də, prezident Serj Sarkisyan bundan imtina edib.
AzVision.az xəbər verir ki, "bu barədə Joğovurd" nəşri məlumat yayıb.

İddia edilir ki, Sarkisyanın təkidindən sonra baş nazir öz postunda qalıb.

Məlumata görə, Karapetyan vəzifəsində qısa müddət qalacaq. Hakim Respublika partiyası artıq Ermənistan cəmiyyətini baş nazir dəyişikliyinə, Serj Sarkisyanın təyinatına hazırlayır.

Təsadüfi deyil ki, dünən Ermənistan parlamentinin vitse-spikeri, Respublika partiyasının sözcüsü Eduard Şarmazanov bildirib ki, parlament seçkilərinin nəticəsi kimi 2022-ci ilə qədər xalq hökümətin formalaşmasını və baş nazirin təyinat hüququnu Respublika partiyasına verib.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan   Karapetyan  





Xəbər lenti