Əsədin düşmənləri İŞİD-in paytaxtına girdi

Əsədin düşmənləri İŞİD-in paytaxtına girdi
  06 İyun 2017    Oxunub:1503
Müxalif Suriya demokratik qüvvələrinin silahlı dəstələri Raqqa şəhərinə daxil olublar.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu alyansın nümayəndələrindən biri bildirib.

Nümayəndənin sözlərinə görə, Raqqa əməliyyatında ABŞ və tərəfdaşları xüsusi rol oynayıblar. Belə ki, koalisiyanın hərbi-hava qüvvələri İŞİD-in mövqelərinə zərbələr endirib, quru qoşunlar isə SDF döyüşçüləri ilə birgə döyüşlərdə iştirak ediblər.

Məlumatda qeyd olunur ki, Suriya müxalifətinin dəstələri Raqqaya şərq istiqamətindən daxil olublar.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: İŞİD   Suriya  





Xəbər lenti