İŞİD 163 dinc sakini qətlə yetirib

İŞİD 163 dinc sakini qətlə yetirib
  06 İyun 2017    Oxunub:2138
İŞİD terror qruplaşması İraqda içərisində qadın və uşaq olmaqla 163 dinc sakini güllələyib.
AzVision.az “Ria Novosti” yə istinadən xəbər verir ki, bunu BMT-nin İnsan haqları üzrə ali komissarı Zeyd Rəəd-əl Hüseyn deyib.

Onun sözlərinə qətliam Mosul şəhərində baş verib: “Kişi, qadın və uşaqların meyitləri Mosulun qərbindəki Əl-Şirə kvartalının küçələrindədir. İŞİD üzvləri şəhərdən qaçmaq istəyən insanları öldürüb”, - deyə o, söyləyib.

Komissar hesab edir ki, kütləvi güllələnmə iyunun 1-də baş verib.

Qeyd edək ki, Mosulun İŞİD terrorçularından azad olunmasına dair əməliyyat ötən ilin oktyabrında başlayıb. Artıq hökumət qüvvələri şəhərin şərq hissəsində nəzarəti ələ ala bilib.

AzVision.az



Teqlər: İraq   İŞİD  





Xəbər lenti