“Bütün ölkələr Qətəri işarə etdilər” - Tramp

“Bütün ölkələr Qətəri işarə etdilər” - Tramp
  06 İyun 2017    Oxunub:1492
ABŞ prezidenti Donald Tramp “Twitter” səhifəsində bir neçə ölkənin Qətərlə diplomatik əlaqələri kəsməsinə münasibət bildirib.
AzVision.az xəbər verir ki, Tramp “Twitter” səhifəsində yazıb:

“Yaxın Şərqə səfərim zamanı radikal ideologiyaların maliyyələşdirilməməsinin vacibliyini qeyd etdim. Bütün ölkələr Qətəri işarə etdilər”.- deyə yazıb.

Qeyd edək ki, artıq 6 ölkə Qətərlə diplomatik əlaqəni kəsib. Onlar bunu Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə dəstək və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıb.

AzVision.az


Teqlər: ABŞ   Qətər   Tramp  





Xəbər lenti