Əsəd ordusuna ağır zərbələr vuruldu

Əsəd ordusuna ağır zərbələr vuruldu
  07 İyun 2017    Oxunub:2042
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri Suriya ordusuna havadan zərbələr endirib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının yaydığı məlumata görə, Suriya hökümətini dəstəkləyən qüvvələr məhv edilib.

Zərbələr nəticəsində tanklar, artilleriya qurğuları, HHM vasitələri və azı 60 nəfər məhv edilib.

"Əvvəlki xəbərdarlıqlara baxmayaraq, rejim qüvvələri – 60-dan çox əsgər tank, artilleriya, zenit silahı, silahla təchiz edilmiş avtomobillərlə öncə razılaşdırılmış deskalasiya zonasına daxil olub", - deyə bəyanatda qeyd olunub.

AzVision.az


Teqlər: ABŞ   Suriya  





Xəbər lenti