Ərdoğan Qarabağdan danışdı: “Minsk qrupu acizdir”

Ərdoğan Qarabağdan danışdı: “Minsk qrupu acizdir”
  07 İyun 2017    Oxunub:5215
"ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ probleminin həllində acizdir".
AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə prezidenti vurğulayıb ki, ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyi səylər effektsizdir: “ATƏT-in Minsk qrupuna üzv olan ölkələrin üçü də BMT Təhlükəsizlik Şurasının üzvüdür. Onlardan biri hər hansı problemin həllini istədikdə, digərləri veto hüququndan istifadə edir ki, bu da hər dəfə öz növbəsində münaqişənin həllinə əsas maneə yaradır".

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Türkiyə   Ərdoğan   Qarabağ  





Xəbər lenti