Həmsədrlər Qarabağ danışıqlarına gəlir - Əvvəl İrəvan, sonra Bakı
“İyunun 10-da baş tutacaq görüşlər zamanı biz Qarabağdakı vəziyyəti dəqiqləşdirmək istəyərdik. Səhəri gün isə Qarabağa səfər planlaşdırlır. Prezidentlərin iş qrafiki nəzərə alınmaqla biz gələn həftənin sonu Bakıya da səfər edəcəyik. Praktikaya əsasən səfərin sonunda ATƏT-in rəsmi saytında müvafiq bəyanat yerləşdiriləcək. Dediyim ki, münaqişə zonasında vəziyyət, onun inkişaf perspektivləri səfərdə əsas müzakirə mövzusu olacaq. Vasitəçilərin əsas vəzifəsi münaqişənin yalnız sülh, siyasi - diplomatik yolla həllidir. Bu istiqamətdə işləri davam etdirəcəyik”, - deyə Popov qeyd edib.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Rusiya Həmsədr Qarabağ ATƏT