Pakistan Antikorrupsiya Mərkəzinə qoşuldu

Pakistan Antikorrupsiya Mərkəzinə qoşuldu
  07 İyun 2017    Oxunub:1403
Pakistan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Antikorrupsiya Mərkəzinə qoşulub.
AzVision.az-ın məlumatına görə, bu barədə Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumları rəhbərliyi və ombudsmanların III görüşündə çıxış edən baş prokuror Zakir Qaralov bildirib.

Z.Qaralov deyib ki, bu, bütün tərəflər üçün faydalı olacaq.

Sonda Pakistanın İqtisadi Əməkdaşlıq Təşkilatının Antikorrupsiya Mərkəzinə qoşulduğunu təsdiq edən sənədin imzalanma mərasimi olub.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Zakir-Qaralov   Pakstan   Antikorrupsiya-Mərkəzi  





Xəbər lenti