İrandakı terrorda 12 nəfər ölüb, 39 nəfər yaralanıb

İrandakı terrorda 12 nəfər ölüb, 39 nəfər yaralanıb
  07 İyun 2017    Oxunub:1827
İran İslam Respublikasının Milli Məclisində terrorçuların zərərsizləşdirilməsi üçün keçirilən əməliyyat başa çatıb. AzVision.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, parlamentə hücum edən 4 silahlı məhv edilib.
Hazırda binada axtarış aparılır.

İranın daxili işlər nazirinin müavini Hüseyn Zülfüqari bildirib ki, parlamentə hücum edən şəxslər qadın paltarında olub.

Onun sözlərinə görə, bütün təhlükəsizlik xidmətləri yeni terror hücumunun qarşısını almaq üçün yüksək döyüş hazırlığına gətirilib.

İran Təcili Tibbi Yardım Mərkəzinin başçısı Pir Hüseyn Gulivend isə deyib ki, silahlılar tərəfindən həyata keçirilən hücumlarda 12 nəfər həlak olub, 39 nəfər yaralanıb.

AzVision.az


Teqlər: İran   Terror  





Xəbər lenti