Milli Şura ikiyə bölündü

Milli Şura ikiyə bölündü
  03 Sentyabr 2013    Oxunub:1144
Başda Eldar Namazov olmaqla “El” hərəkatının heç bir üzvünün bu gün keçirilən sessiyada iştirak etməməsi diqqət çəkib.
Milli Şura üzvləri bu məsələ barədə danışmasa da deyilənə görə, Cəmil Həsənlinin dünən keçirdiyi görüşdə fikir ayrılıqlarının yaranması və Əli Kərimlinin apardığı vəzifə bölgülərinin “El”çilərin ürəyincə olmamasıdır.

“El”in Ali Məclisinin sədri Eldəniz Quliyev isə hazırda hərəkatın toplantısında olduğunu və danışa bilmədiyini deyib. Milli Şuranın sessiyasına olmamasına gəlincə, “El” rəsmisi bununla bağlı indi danışmaq istəmədiyini bildirib. O, toplantının son dövrlər hərəkatın daxilində baş verənlərlə bağlı olduğunu açıqlayıb. Hazırda məsləhətləşmə üçün yığışmışıq. Eldar Namazov da bizimlədir”.




Teqlər:





Xəbər lenti