Ermənilər Kəlbəcər yolunu bağladılar - Etiraz aksiyası

Ermənilər Kəlbəcər yolunu bağladılar - Etiraz aksiyası
  07 İyun 2017    Oxunub:16108
Ermənistanın Vardenis rayonunda etiraz aksiyası keçirilib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, yerli sakinlər Vardenis-Kəlbəcər yolunu bağlayaraq etirazlarını bildiriblər.

Erməni kəndlilərin etirazına səbəb icmaların birləşdirilməsini nəzərdə tutan layihənin irəli sürülməsidir.

Qeyd edək ki, Ermənistan hakimiyyəti "İnzibati bölgü haqqında" qanuna dəyişikliklər edərək 118 icmanı 15 icma ətrafında birləşdirməyi planlaşdırır.

Aparılan inzibati yerdəyişmə isə kəndlilərin təsərrüfat, yaşam şəraitlərini daha da pisləşdirəcək.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Etiraz  





Xəbər lenti