ABŞ-ın hərbi təyyarəsi qəza enişi edib

ABŞ-ın hərbi təyyarəsi qəza enişi edib
  08 İyun 2017    Oxunub:1476
Yaponiyada ABŞ-a məxsus F/A-18 qırıcı-bombardmançı təyyarə qəza enişi edib.
Bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Yaponiyanın Yamaquçi prefekturasındakı İvakuni hərbi bazasının qeydiyyatında olan təyyarə özünümüdafiə qüvvələrinin Matsuşima bazasında məcburi eniş edib. Qəza enişinə səbəb kimi mühərrikdəki nasazlıq göstərilir.

Təyyarənin enişi zamanı heç kim xəsarət almayıb. Hadisənin başvermə səbəbləri araşdırılır. (AzərTAc)

AzVision.az


Teqlər: ABŞ   Təyyarə   Hərbi   Qəza  





Xəbər lenti