"İranla birgə mübarizəyə hazırıq" - Putin

"İranla birgə mübarizəyə hazırıq" - Putin
  08 İyun 2017    Oxunub:2316
Rusiya prezidenti Vladimir Putin Tehranda baş verən terror aktları ilə əlaqədar iranlı həmkarı Həsən Ruhaniyə başsağlığı verib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin başsağlığı məktubunda İranda baş verən terror aktlarını şiddətlə qınadığını, terrora qarşı beynəlxalq əməkdaşlığa ehtiyac duyulduğunu bildirib.

Putin, həmçinin Rusiyanın İranla birgə terrorizmə qarşı mübarizə aparmağa hazır olduğunu vurğulayıb.

AzVision.az


Teqlər: Rusiya   Putin   İran   Terror   Ruhani  





Xəbər lenti