Tramp Qətər əmirini Ağ evə çağırdı

Tramp Qətər əmirini Ağ evə çağırdı
  08 İyun 2017    Oxunub:2270
ABŞ prezidenti Donald Tramp Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Sani ilə telefon əlaqəsi saxlayıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Qətər əmirinə region ölkələrinin terror təşkilatlarına maliyyə yardımının qarşısının alınması üçün birgə mübarizə aparmalı olduğunu xatırladıb.

ABŞ prezidenti Qətər böhranını həll etmək üçün Al Sanini Ağ evə dəvət edib.

Qeyd edək ki, son günlər ərəb dünyasında böyük siyasi qalmaqal yaşanır. Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Qətəri terror təşkilatlarını dəstəkləməkdə təqsirləndirərək onunla bütün əlaqələri kəsdiklərini bəyan ediblər. Sonradan onlara Yəmən, Maldiv adaları, Liviya və Mavrikiya ada dövləti də qoşulublar.

AzVision.az


Teqlər: Qətər   ABŞ   Tramp  





Xəbər lenti