İrandakı terrora görə 5 nəfər tutulub

İrandakı terrora görə 5 nəfər tutulub
  08 İyun 2017    Oxunub:1715
İranın paytaxtı Tehranda törədilən terror aktları ilə əlaqədar 5 nəfər şübhəli şəxs qismində saxlanılıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tehran polisi məlumat yayıb.

Bildirilib ki, Xomeyninin türbəsinə edilən hücumdan sonra 5 nəfər saxlanılıb.

Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, bu gün İran parlamentinə və İmam Xomeyni Türbəsinə terror hücumları olub. Terror aktları nəticəsində 12 nəfər ölüb, 39 nəfər yaralanıb. Terakta görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.

AzVision.az


Teqlər: İran   Tehran   Terror  





Xəbər lenti