ABŞ və Azərbaycan Sabirabadda tibb xidmətlərini təkmilləşdirir - FOTOLAR

ABŞ və Azərbaycan Sabirabadda tibb xidmətlərini təkmilləşdirir - FOTOLAR
  08 İyun 2017    Oxunub:1661
Bu gün Azərbaycan və ABŞ-ın birgə səyləri nəticəsində Sabirabad rayonunun Qaralı kənd sakinləri yeni tibb məntəqəsinin tikintisinin başa çatmasını qeyd ediblər. Tədbirdə ABŞ səfirinin həyat yoldaşı xanım Anna Sekuta, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), İqtisadiyyat nazirliyi, Səhiyyə nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri iştirak ediblər.
Bu barədə AzVision.az-a Birləşmiş Ştatların Bakıdakı səfirliyindən məlumat verib.
Bu layihə USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşib və Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub.

“Amerika Birləşmiş Ştatları Azərbaycan xalqına dəstək göstərməyə sadiqdir.” deyə xanım Sekuta qeyd etdi. “Bu layihə Amerika xalqının Azərbaycan xalqına səmimi dostluğun təzahürüdür.”

EWMI təşkilatının texniki dəstəyi ilə Qaralı sakinləri yerli və regional hökumət orqanları ilə işləyərək köhnə bir otaqlı məntəqəni icmanın tibbi xidmətlərə ehtiyacını qarşılaya biləcək yeni tibb məntəqəsi ilə əvəzlədilər. Bir müayinə otağından və bir gözləmə dəhlizindən ibarət yeni məntəqə Qaralı və qonşu kəndlərdən 3,000-ə yaxın sakinin gündəlik tibb xidmətlərinə çıxışını yaxşılaşdıracaq.

USAID-in SEDA proqramı vasitəsilə EWMI rayonlarda sosial-iqtisadi inkişafı artırmaq və həyat səviyyəsini yaxşılaşdırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət nümayəndələrinin əməkdaşlığını təşviq edir. Ümumilikdə, EWMI Azərbaycanın 86 icmasında 148,000-dən artıq insanın faydalana biləcəyi 98 icma layihəsi həyata keçirib.









Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: ABŞ   Azərbaycan  





Xəbər lenti