Əli Kərimlinin partiyasından istefa
M.İbrahimovun virtualaz.org-un redaksiyasına daxil olmuş bəyanatında deyilir ki, AXCP rəhbərliyinin və partiyanın sədri Əli Kərimlinin antidövlət və prinsipsiz fəaliyyəti onu hiddətləndirib.
M.İbrahimov deyib ki, o, AXCP sıralarını tərk edərək Əflan İbrahimovun başçılıq etdiyi EL Hərəkatı sıralarına keçir. M.İbrahimovun EL-ə keçəyinə dair ərizəsi bu gün adıçəkilən qurumun rəhbərliyinə təqdim olunub.
AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov isə saytımıza açıqlamasında bildirib ki, partiyanın Yasamal rayon təşkilatında Mürsəl İbrahimov adlı adam olmayıb: “Bu, AXCP-yə qarşı növbəti ucuz təxribatdır”.
Maraqlıdır ki, EL Hərəkatının rəhbəri Eldar Namazov da qurumda Əflan İbrahimov adlı şəxsin olmadığını söyləmişdi. Sonra faktı etiraf etməyə məcbur oldu. Görək bu dəfə nə olur.