Erməni deputatın oğlu həbs edildi

Erməni deputatın oğlu həbs edildi
  08 İyun 2017    Oxunub:1628
Ermənistanın sabiq ətraf mühitin qorunması naziri, hazırda deputat olan Murad Muradyanın oğlu həbs edilib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, deputatın oğlu Soçidə tutulub və bu səbəbdən Muradyan parlamentin son iclasında iştirak etməyib.

Başqa bir mənbənin məlumatına görə, Muradyanın oğlu Nver Muradyan narkotik ittihamı ilə Soçidə deyil, Belarusda həbs edilib. Muradyan Belarusa getsə də, oğlunu həbsdən xilas edə bilməyib.

Deputat oğlunun həbsi ilə bağlı açıqlama verməyib.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Deputat   Həbs  





Xəbər lenti