İrəvanı etiraz dalğası bürüdü - VİDEO (YENİLƏNİB)

İrəvanı etiraz dalğası bürüdü - VİDEO (YENİLƏNİB)
  08 İyun 2017    Oxunub:3167
Ermənistanda siyasi həbslərə qarşı etiraz aksiyası keçirilib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2016-cı ilin iyul ayında siyasi həbslərə etiraz olaraq İrəvanda post-patrul alayını ələ keçirən 18 nəfər barəsində açılan cinayət işi məhkəməyə göndərilib.

Ermənistanın Baş Prokurorluğunun bununla bağlı yaydığı məlumat etirazlara səbəb olub. Bu səbəbdən İrəvanın Azadlıq meydanında etiraz aksiyası keçirilib.



Eyni vaxtda İrəvanda hökümət binasının qarşısında da etiraz aksiyası keçirilib. "Firdusi" bazarında çalışan ticarətçilər hökümət binası qarşısına toplaşaraq etiraz ediblər. Etirazlara səbəb İrəvan bələdiyyəsinin onları paytaxtın digər yarmarkalarına köçürməyi planlaşdırmasıdır.

Etirazçılar hakimiyyətdən əllərində qalan məhsulları satmaq üçün onlara ilin sonuna qədər vaxt verilməsini tələb ediblər. Əks təqdirdə hökumət binasından İrəvan şəhər bələdiyyəsinə doğru etiraz yürüşü keçirəcəklərini bildiriblər.

Xatırladaq ki, İrəvan şəhər bələdiyyəsi ticarətçilərə yarmarkadan köçmək üçün beş gün vaxt verib.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   İrəvan   Etiraz  





Xəbər lenti