Erməni hərbçi borca görə intihar edib

Erməni hərbçi borca görə intihar edib
  08 İyun 2017    Oxunub:1304
Ermənistan Silahlı Qüvvələrinin Sülhməramlı bölmələrinin baş əsgəri, 36 yaşlı Melik Xaçatryan bir neçə min dollarlıq borca görə özünü asıb.
AzVision.az “Aykakan Jamanak” nəşrinə istinadən xəbər verir ki, iyunun 1-də 1981-ci il təvəllüdlü Melik Xaçatryanın meyiti Ermənistanın Müdafiə Nazirliyinin tabeliyində olan "N" saylı hərbi hissənin anbarında asılmış vəziyyətdə tapılıb.

Nəşr yazır ki, hərbçi qohumlarına ünvanlandığı məktubda krediti və ayrı-ayrı şəxslərə bir neçə min dollarlıq borcu olduğunu, ancaq ödəyə bilmədiyini yazıb: “Mən bu borcları ödəyə bilmirəm. Dözə bilmirəm”.

Onun meyitini həmin hərbi hissədə qulluq edən qardaşı aşkarlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ermənistan   Hərbçi   İntihar   Borc  





Xəbər lenti