Putin Sarkisyanla görüşüb

Putin Sarkisyanla görüşüb
  04 Sentyabr 2013    Oxunub:1238
Görüşdə ikitərəfli münasibətlər müzakirə edilib
Moskvada Rusiya prezidenti Vladimir Putinlə Ermənistan prezidenti Serj Sarkisyan görüşüb. Kremlin məlumatına görə, görüş məhdud tərkibli heyətlər arasında keçib və ikitərəfli münasibətlər müzakirə edilib. Prezidentlər iki ölkə arasında münasibətlərin inkişafına baxmayaraq, əməkdaşlığı daha yüksək səviyyəyə çıxaracaqlarını bildiriblər.

Görüş zamanı Sarkisyan dolayısı ilə Avropa Birliyi ilə tərəfdaşlıq siyasətinə elə də önəm vermədiklərini və Rusiya ilə münasibətləri daha da möhkəmləndirəcəklərini vurğulayıb: “Mən əminəm ki, ermənilərin və rusiyalıların hər bir nəsili bu münasibətlərə öz töhfəsini verməlidir. Biz bu münasibətləri əziz tuturuq və onların inkişaf etməsi üçün hər şeyi edəcəyik. Bu bizlər üçün mütləq prioritetdir”.


Teqlər:  





Xəbər lenti