“Putinin saytına hücum edilir” - Peskov

“Putinin saytına hücum edilir” - Peskov
  08 İyun 2017    Oxunub:1779
“Rusiyaya hər gün ABŞ ərazisindən haker hücumları olur”.AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, prezidentin saytına da hücumlar edilir: “Lakin biz bunun arxasında rəsmi Vaşinqtonun dayandığını söyləməklə insanları güldürmək istəmirik. Hər hansı ölkədən həyata keçirilən hücumlar o demək deyil ki, bunun arxasında həmin dövlət dayanır”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   ABŞ  





Xəbər lenti