Abdullah Gül TÜRKPA Baş katibini qəbul edəcək

Abdullah Gül TÜRKPA Baş katibini qəbul edəcək
  04 Sentyabr 2013    Oxunub:1042
Görüşdə Türkdilli dövlətlər arasında əməkdaşlıq, parlamentlərarası əlaqələr və TÜRKPA-nın son 5 illik fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılacaq
Türkiyə Respublikasının Prezidenti Abdullah Gül TÜRKPA Baş katibini qəbul edəcək. TÜRKPA-nın mətbuat xidmətindən verilən məlumata görə, görüş sentyabr 4-də baş tutacaq. Abdullah Gül TÜRKPA Baş katibi Ramil Həsənovu diplomatik fəaliyyətinin başa çatması ilə bağlı qəbul edəcəkr.

Görüşdə TÜRKPA çərçivəsində Türkdilli dövlətlər arasında əməkdaşlıq, parlamentlərarası əlaqələr və TÜRKPA-nın son 5 illik fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılacaq.

Səfər zamanı TÜRKPA Baş Katibini, Baş Katibin müavini cənab Kürşad Melih Sarıarslan müşayət edəcək.


Teqlər:





Xəbər lenti