Namazov Milli Şuradan küsdü
Səbəb sadədir – EL rəhbərliyi iddia edir ki, bu təşkilatlar istintaq altında olan EL-çiləri müdafiə etməyib, bəyanatlar verməyib, gərəkən diqqəti göstərməyib...
Məhz bu səbəblərə görə bu gün Milli Şuranın sessiyası, həm də EL-in rəhbəri Eldar Namazovun təşəbbüsü ilə boykot olunub.
Sessiya başlamazdan öncə E. Namazovla danışıqlar aparılıb, lakin bunun heç bir faydası olmayıb.
Yaxın günlərdə Milli Şuranı təsis edən 6 partiyanın rəhbərlərinin ortadakı narazılıqlarla bağlı toplantısı gözlənilir.
Bu məlumatlar EL Hərəkatı rəhbərlərinə yaxın qaynaqdan alınıb. (musavat)
Teqlər: