Hərbi bazaya silahlı hücum: 70-ə yaxın əsgər öldürülüb

Hərbi bazaya silahlı hücum: 70-ə yaxın əsgər öldürülüb
  09 İyun 2017    Oxunub:1594
Somalidə hərbi bazaya edilən silahlı hücum zamanı 70-ə yaxın əsgər öldürülüb.
"Anadolu" agentliyinin məlumatına görə, yüksək rütbəli hərbçi Ahmed Mohamed “Aş-Şabab” terror qruplaşmasının silahlılarının Somalinin şimal-şərqindəki Puntland bölgəsində Af-Urur hərbi bazasına partladıcı və ağır silahlarla hücum etdiyini bildirib. O, ilkin məlumatlara görə, 70-ə yaxın əsgərin öldüyünü, onlarla hərbçinin isə yaralandığını vurğulayıb.

Somali ordusu silahlı qruplaşmanı geri çəkilməyə məcbur edib.

“Aş-Şabab”ın yaydığı açıqlamada 61 Somali əsgərinin öldürüldüyü, orduya aid çox sayda hərbi avtomobil və silah-sursatın ələ keçirildiyi bildirilib.

AzVision.az


Teqlər: Somali   Hücum   Hərbi-baza  





Xəbər lenti