3 yük avtomobili toqquşdu

3 yük avtomobili toqquşdu
  04 Sentyabr 2013    Oxunub:1105
Xəsarət alanlar var
Bakıda 3 nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.

AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Binəqədi rayonunda “KAMAZ” və “DAF” markalı yük avtomobilləri toqquşub. Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobillərin sürücüləri və 1 nəfər sərnişin yaralanıb. Xilasedicilər xəsarət alanlara hadisə yerində ilkin tibbi yardım göstərib və aidiyyəti üzrə təhvil veriblər. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

AzVision.az



Teqlər:





Xəbər lenti