Türkiyə-Suriya sərhəddində partlayış baş verdi

Türkiyə-Suriya sərhəddində partlayış baş verdi
  04 Sentyabr 2013    Oxunub:1220
Dəmir anbarında baş verən güclü partlayış nəticəsində 6 nəfər ölüb, çoxlu sayda insan yaralanıb
Türkiyənin Hatay vilayətinin Altınözü vilayəti ilə sərhəddə, Suriyanın Azmerin qəsəbəsi yaxınlığındakı dəmir anbarında saxlanılan silah-sursat partlayıb.

AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində 6 nəfər həlak olub, çoxlu sayda insan isə yaralanıb. Ölənlərdən birinin Türkiyə vətəndaşı olduğu bildirilir.

Məlumata görə, partlayışın səsi Türkiyə tərəfdə də eşidilib. Türkiyə təhlükəsizlik qüvvələri baş verən hadisə ilə bağlı araşdırmalara başlayıblar.


Teqlər:





Xəbər lenti