Tramp Qətəri terrorizmin sponsoru adlandırdı

Tramp Qətəri terrorizmin sponsoru adlandırdı
  10 İyun 2017    Oxunub:1821
ABŞ prezidenti Donald Tramp Qətəri terrorçuluğu maliyyələşdirməkdə ittiham edib.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ABŞ prezidenti buna son qoymağın vaxtı çatdığını bildirib.

“Biz terrorizmin maliyyələşdirilməsinə son qoymalıyıq. Qətəri terror təşkilatlarını maliyyələşdirməyə dayandırmağa çağırmağın vaxtı çatıb. Onlar ekstremist idealogiyanın maliyyələşdirilməsini dayandırmalıdırlar”, - deyə Tramp bildirib.

Qeyd edək ki, Tramp bir neçə gün əvvəl Qətər əmirini Ağ evə dəvət etsə də, o, bundan imtina etmişdi.

AzVision.az


Teqlər: ABŞ   Tramp   Qətər  





Xəbər lenti