Qətər böhranı Merkeli narahat edir

Qətər böhranı Merkeli narahat edir
  10 İyun 2017    Oxunub:1601
Almaniya kansleri Angela Merkel Qətər ətrafında yaranan vəziyyəti həll etmək üçün Körfəz ölkələrini birlikdə işləməyə çağırıb.
AzVision.az “Ria Novosti”-yə istinadən xəbər verir ki, Mexikoda Meksika Prezidenti Enrike Penya Nyeto ilə görüşdən sonra kansler Angela Merkel deyib: “Biz Qətərlə bağlı vəziyyətə görə narahatıq və Körfəz ölkələrini həll yolu tapmaq üçün birlikdə işləməyə dəvət edirik”.

Kansler, həmçinin əlavə edib ki, regionun bütün dövlətləri, o cümlədən Qətərin özü, İran və Türkiyə problemin nizamlanma prosesinə qoşulmayanadək bu məsələnin həlli mümkün olmayacaq.

AzVision.az



Teqlər: Almaniya   Türkiyə   Qətər  





Xəbər lenti