Qəbilələrarası münaqişə: 22 ölü, onlarla yaralı var

Qəbilələrarası münaqişə: 22 ölü, onlarla yaralı var
  10 İyun 2017    Oxunub:1998
İranın cənub-qərbində yerləşən Xuzistan əyalətində qəbilələrarası toqquşma baş verib. AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, iki qəbilə arasında baş verən məişət xarakterli mübahisə silahlı münaqişəyə çevrilib.
Hadisə nəticəsində 22 nəfər ölüb, onlarla sakin yaralanıb.

Xuzistan əyalətinin deputatı Hidayətulla Xadəminin sözlərinə görə, münaqişənin baş verdiyi kənd tamamilə dağıdılıb.

Sakinlər yaşayış yerlərindən didərgin düşüblər.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: İran  





Xəbər lenti