Şanxayda 200 aviareys təxirə salınıb

Şanxayda 200 aviareys təxirə salınıb
  10 İyun 2017    Oxunub:1349
Çinin Şanxay şəhərinin iki aeroportunda 200 aviareys təxirə salınıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb leysan yağışları olub. Məlumatda deyilir ki, ləğv olunan reyslərdən 101-i beynəlxalq, 92-si daxili reysdir. Daha 64 reys ləngiyib.

Ləğv olunmalar və yubanmalar səbəbindən bu gün hər iki aeroportun buraxılış qabiliyyəti 50 faiz ixtisara düşə bilər.

AzVision.az




Teqlər: Şanxay   Çin  





Xəbər lenti