İrandakı terrora görə 8 nəfər tutulub

İrandakı terrora görə 8 nəfər tutulub
  10 İyun 2017    Oxunub:1263
Tehranda baş vermiş terror aktları ilə əlaqədar 8 nəfər saxlanılıb.
AzVision.az İran KİV-lərinə istinadən xəbər verir ki, saxlanılan şəxslər terrorçulara dəstək verməkdə şübhəli bilinirlər.

Ümumilikdə isə indiyədək Tehrandakı terrorla əlaqədar 41 nəfər tutulub.

Qeyd edək ki, iyunun 7-də İran parlamentinə və İmam Xomeyni Türbəsinə terror hücumları olub. Terror aktları nəticəsində 17 nəfər həlak olub, 52 nəfər yaralanıb. Terakta görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.

AzVision.az


Teqlər: İran   Terror   Tehran   Həbs  





Xəbər lenti