Sarkisyan həmsədrlərlə Qarabağı müzakirə edib

Sarkisyan həmsədrlərlə Qarabağı müzakirə edib
  11 İyun 2017    Oxunub:1206
Ermənistan prezidenti Serj Sarkisyan İrəvanda səfərdə olan ATƏT Minsk Qrupunun həmsədrləri ilə görüşüb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi və münaqişə zonasındakı vəziyyət müzakirə olunub.

Görüşdə, həmçinin münaqişə tərəflərinin problemin dinc yolla nizamlanmasına dair üzərilərinə götürdükləri öhdəliklərin və yüksək səviyyədə əldə olunan razılaşmaların icrasının vacibliyi qeyd olunub.

AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan   ATƏT   Qarabağ  





Xəbər lenti