Əfqanıstanda üç amerikalı əsgər öldürülüb

Əfqanıstanda üç amerikalı əsgər öldürülüb
  11 İyun 2017    Oxunub:1046
Əfqanıstanlı hərbi qulluqçu Amerika əsgərlərini atəşə tutub. Hadisə Nanqarxar vilayətində baş verib. Atəş açan hərbçi öldürülüb.
TASS xəbər verir ki, hücum nəticəsində həlak olan ABŞ hərbçilərinin sayı üç nəfərə çatıb.

ABŞ Prezidenti Donald Tramp baş verənlər haqqında məlumatlandırılıb.

Rəsmi məlumatlara görə, hazırda Əfqanıstanda beynəlxalq koalisiyanın 13 minə yaxın hərbi qulluqçusu var. Bu kontingentin təxminən 8,4 mini ABŞ-dan olan əsgər və zabitlərdir. Onlar əsasən əfqan hərbçilərinin təlimi ilə məşğul olur, həmçinin hərbi müşavir rolunda çıxış edirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti