Moskva ətrafında xüsusi əməliyyat - “Kratovo atıcısı” məhv edildi

Moskva ətrafında xüsusi əməliyyat - “Kratovo atıcısı” məhv edildi
  11 İyun 2017    Oxunub:809
Moskva ətrafındakı Ramensk rayonunun Kratovo qəsəbəsində insanlara atəş açan şəxs DİN və Rosqvardiyanın həyata keçirdiyi xüsusi əməliyyatın gedişində zərərsizləşdirilib.
Cinayətkar qanun keşikçilərinə ciddi müqavimət göstərib. Polisin və Rosqvardiyanın əlavə qüvvələrinin, iki zirehli avtomobilin cəlb olunduğu əməliyyat bir neçə saat davam edib. Atışma zamanı dörd “OMON”-çu zərər çəkib.

Xatırladaq ki, şənbə günü Kratovo qəsəbəsinin sakini evində barrikada quraraq ətrafdakılara atəş açıb. İnsident nəticəsində dörd nəfər ölüb, iki nəfər yaralanıb. Hadisə yerinə gələn hüquq mühafizə orqanlarının əməkdaşları evi mühasirəyə alsalar da, cinayətkar aradan çıxaraq meşəyə qaça bilib.

“Kratovo atıcısı”nın FHN-in sabiq əməkdaşı olduğu bildirilir. (AzərTAc)

AzVision.az


Teqlər:





Xəbər lenti