Peyğəmbəri təhqir edən şəxsə ölüm hökmü kəsildi

Peyğəmbəri təhqir edən şəxsə ölüm hökmü kəsildi
  11 İyun 2017    Oxunub:1438
Pakistanın Baxavalpur şəhər məhkəməsi Məhəmməd Peyğəmbəri təhqir etdiyinə görə Taimor Raza adlı şəxsə ölüm hökmü kəsib.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, bu haqda jurnalistlərə şəhər prokuroru Şafir Kureşi məlumat verib.

Pakistan qanunlarına görə, ölkədə allahsızlığı təbliğ edən, Məhəmməd Peyğəmbəri və digər bu kimi tarixi şəxsiyyətləri təhqir edən şəxs ölüm hökmü ilə cəzalandırıla bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti