Avstraliya Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir

Avstraliya Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir
  11 İyun 2017    Oxunub:1498
Avstraliya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini qətiyyətlə dəstəkləyir.
Bunu Avstraliyanın beynəlxalq inkişaf və Sakit okean əməkdaşlığı naziri xanım Konçetta Fierravanti-Uells Bakıda Azərbaycan-Avstraliya diplomatik münasibətlərinin qurulmasının 25 illiyinə həsr olunmuş tədbirdə deyib.

Nazir bildirib ki, Avstraliya ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində səylərini dəstəkləyir: “Biz bütün tərəfləri atəşkəs rejminə hörmət etməyə və vəziyyətin gərginləməsinin qarşısını almağa çağırırıq”. (Trend)

AzVision.az


Teqlər:





Xəbər lenti