Makronun hərəkatı ilk turda qalib gəldi

Makronun hərəkatı ilk turda qalib gəldi
  12 İyun 2017    Oxunub:1869
Fransada keçirilən parlament seçkilərinin birinci turunda prezident Emmanuel Makronun “İrəli, Respublika” hərəkatı qalıb gəlib.
AzVision.az xaric KİV-ə istinadən xəbər verir ki, “İrəli, Respublika” hərəkatı 26,88 faiz səs toplayıb.

Respublikaçılar 15,8 faiz, "Milli Cəbhə" 14,39 faiz, "Əyilməz Fransa" 10,6 faiz, Sosialist Partiyası 7,49 faiz, “MoDem” isə 4,36 faiz səs toplayıb.

“Ipsos/Sopria Steria” sorğu şirkətinin hesablamalarına görə, “İrəli, Respublika” hərəkatı 390-dan 430-dək, Respublikaçılar 85-dən 125-dək, Milli Cəbhə 3-dən 10-dək mandat sahibi olacaq.

AzVision.az


Teqlər: Fransa   Seçki   Makron  





Xəbər lenti