Şeyxin idarəsi niyə susur?
AzVision.az-ın əməkdaşı məsələ ilə bağlı QMİ-dən münasibət öyrənməyə çalışıb. Lakin qurumun mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovaya dəfələrlə cəhd etsək də, zənglərimizə cavab verməyib.
QMi-nin sədr müavini Hacı Fuad Nurullayev isə bu haqda danışmaq istəmədiyini bildirib.
“Bu barədə açıqlama verə bilmərəm. Suallarınızı mətbuat xidmətinə yönəldin. Əgər onunla danışa bilmirsinizsə, bu artıq mənim problemim deyil”-deyə F.Nurullayev əməkdaşımıza deyib.
QMİ-nin əlaqə saxladığımız digər nümayəndələri də bu məsələyə toxunmaq istəmədiklərini, bunun üçün rəhbəlikdən icazə almalı olduqlarını deyiblər.
QMİ-nin məsələyə belə biganə yanaşması başadüşülən deyil.
Aytən Zəhra
AzVision.az
Teqlər: