Birinci xanım 5 aydan sonra Ağ evə qayıtdı

Birinci xanım 5 aydan sonra Ağ evə qayıtdı
  12 İyun 2017    Oxunub:1976
Yanvarın 20-də səlahiyyətlərinin icrasına başlayan ABŞ prezidenti Donald Trampın xanımı Melania Tramp 5 aydan sonra Ağ evə köçüb.
AzVision.az-ın məlumatına görə, bununla bağlı birinci xanım sosial şəbəkədə paylaşım edib: “Yeni evimizdə keçirəcəyimiz günlər üçün çox həyacanlıyam”.

Xatırladaq ki, Trampın andiçməsindən sonra birinci xanım 11 yaşlı oğli Barronun məktəbi tətilə çıxana qədər Nyu-Yorkdakı “Trump Tower”də qalmağa qərar vermişdi. Bununla da Melania Tramp ərinin andiçməsindən sonra onunla birlikdə Ağ evə köçməyən ilk birinci xanım kimi tarixə düşüb.

Kənan Məmmədov
AzVision.az


Teqlər: ABŞ   Melania-Tramp   Ağ-ev  





Xəbər lenti