Bu gün hava necə olacaq?
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sentyabrın 04-də əsasən gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.
Aqrometeoroloji şərh
Sentyabrın 3-dən 5-dək respublika ərazisində nisbətən mülayim hava şəraiti davam edəcək. Temperatur rejimi bütün kənd təsərrüfatı bitkilərinin inkişafı üçün əlverişli olacaq. Bir çox aran rayonlarda əkinlərin suvarmaya ehtiyacı saxlanılacaq. Axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Belə yağıntılar bağlarda meyvələrin və bostanlarda tərəvəzin, üzümün yığımında, çoxillik otların biçini və aqrotexniki işlərin aparılmasında mühüm çətinliklər yaratmayacaq.
Teqlər: