“Azərbaycan bizim üçün vacib ölkədir” - Estoniya XİN

“Azərbaycan bizim üçün vacib ölkədir” - Estoniya XİN
  12 İyun 2017    Oxunub:1478
Azərbaycan və Estoniyanın bir sıra sahələrdə, o cümlədən təhsil, informasiya texnologiyaları sahəsində əlaqələri genişləndirmək üçün böyük potensialı var.
AzVision.az-ın məlumatına görə, bu sözləri Estoniyanın xarici işlər naziri Sven Mikser Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, ölkələr arasında ticarət dövriyyəsi də cüzidir: “Amma Azərbaycan bizim üçün vacib ölkədir. Enerji və qaz təminatında Azərbaycan vacib tərəfdaşdır. Daşınma və nəqliyyat sahəsində imkanlar var”.

S.Mikser bildirib ki, Estoniyanın Avropa İttifaqında sədrliyinin əsas prioritetlərindən biri şərq ölkələri ilə əməkdaşlığı gücləndirmək olacaq: “Aİ-nin sədrliyi dövründə iddialı gündəliyə malikik. Azərbaycan və Avropa İttifaqının strateji əməkdaşlığa dair saziş imzalayacağına ümid edirəm. Bizim üçün sazişin məzmunu çox vacibdir, o həmçinin rəsmi Bakı və Tallin arasındakı münasibətlərə də müsbət təsir göstərəcək”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Azərbaycan   Estoniya   XİN  





Xəbər lenti